AZ

Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev dəfn edildi - FOTO

Qalıqları Ağdərə rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vaqif Sərdar oğlu Alıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, şəhidin nəşi Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.

Seçilən
100
15
avtosfer.az

10Mənbələr