"Qarabağ" bu gün Avropa Liqasında İngiltərədə "Tottenhem" ilə üz-üzə gələcək.
Sportinfo.az xəbər verir ki, Liqa mərhələsinin I turunun matçı Londonda keçiriləcək.
"Tottenhem Hotspur" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək.
Azərbaycan çempionu oktyabrın 3-də Bakıda İsveçin "Malmö" kollektivini qəbul edəcək. "Tottenhem" isə Macarıstanda “Ferentsvaroş"un qonağı olacaq.
26 sentyabr
23:00. "Tottenhem" (İngiltərə) - "Qarabağ" 0:0
Tottenhem": 1. Qulyelmo Vikario, 6. Radu Draquşin, 7. Hın-Min Son (k), 8. İves Bissuma, 14. Arçi Qrey, 15. Lukas Berqvol, 19. Dominik Solanke, 22. Brennan Yonson, 29. Pape Sarr, 33. Ben Deyvis, 37. Miki van de Ven
Baş məşqçi: Anje Postekoqlu
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 18. Juninyo, 27. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim:Villi Delajo (Fransa).
London, "Tottenhem Hotspur" stadionu.