AZ

Avropa Liqası: “Qarabağ” “Tottenhem”ə məğlub olub  YENİLƏNİB-5

Avropa

Bakı, 27 sentyabr, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan görüş “Tottenhem”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

01:12

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” matçında üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan görüşün 68-ci dəqiqəsində Solanke komandasının üçüncü topuna imza atıb.

00:53

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” matçında ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan görüşün 52-ci dəqiqəsində Sarr komandasının ikinci qoluna imza atıb.

00:26

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” matçında ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan görüşün fəsiləsinə London təmsilçisi 1:0 üstünlüklə yollanıb.

23:56

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” matçında hesab açılıb.

AZƏRTAC xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan görüşün 11-ci dəqiqəsində London təmsilçisinin üzvü Brendon Conson komandasını önə çıxardıb.

23:53

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” matçında meydan sahibləri azlıqda qalıb.

AZƏRTAC xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda baş tutan görüşün 7-ci dəqiqəsində London təmsilçisinin üzvü Draquş Olavio Juninyoya qarşı etdiyi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

23:35

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda İngiltərədə keçirilən “Tottenhem” - “Qarabağ” matçı start götürüb.

AZƏRTAC xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçirilən görüş tıxaca görə saat 23:35-də başlayıb.

Matçı Fransadan olan baş hakim Villi Delajo idarə edir.

Seçilən
59
2
azertag.az

9Mənbələr