Bakı. Trend:
2023-cü ilin hazırlıq planına əsasən, Heydər Əliyev adına Hərbiİnstitutda keçirilən voleybol üzrə ordu birinciliyi başa çatıb.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, bağlanışmərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vətorpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətənövladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbiorkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifaolunub.
Çıxış edənlər qalib komandaları təbrik edərək onlara gələcəkfəaliyyətlərində uğurlar arzulayıb, hərbi qulluqçuların fizikihazırlığının yüksək səviyyədə saxlanılmasında bu cür idmanyarışlarının əhəmiyyətini xüsusi vurğulayıblar.
Bildirilib ki, müxtəlif qoşun növlərini və xüsusi təyinatlıtəhsil müəssisələrini təmsil edən birincilikdə ümumilikdə 7 komandamübarizə aparıb.
Yekun nəticələrə əsasən Heydər Əliyev adına Hərbi İnstitutunkomandası qalib gələrək birinciliyin kubokunu qazanıb. QuruQoşunları və Hərbi Hava Qüvvələrinin komandaları isə müvafiq olaraqikinci və üçüncü yerlərdə qərarlaşıblar. Sonda qalib komandalaradiplom, kubok və medallar təqdim olunub, xatirə şəkliçəkdirilib.