AZ

Çoxlarının sağlamlığını pozan bütün zamanların ƏN PİS 5 DƏB PƏHRİZİ

Pəhriz tez-tez arıqlamaq və ya sağlamlığını qorumaq istəyənlər üçün bir yoldaş olur. Əsrlər bolu arıqlamaq cəhdləri həmişə olub və bəzən bunu etmək üçün tamamilə çılğın yollar tapıblar. Həkimlər xəbərdarlıq edir ki, bütün pəhrizlər faydalı deyil və bəziləri xeyirdən çox zərər verə bilər.

 

Hansı pəhrizlər arıqlamaq və sağlamlıq üçün ən pis seçimdir? 

 

Həmin pəhriz siyahısını təqdim edirik:

 

Paleo pəhrizi

 

Paleo pəhrizi onun tərtibatçılarının qədim insanlar kimi yemək yesəniz, sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyiniz vədləri sayəsində populyarlıq qazanıb. Bununla belə, bu pəhrizin uzunmüddətli faydalarını dəstəkləyən heç bir elmi dəlil yoxdur.

 

Nə olar:

 

Ət, quş əti, balıq

 

Yumurta

 

Meyvə və tərəvəzlər 

 

Fındıq və toxum

 

Nə olmaz:

 

Taxıl və paxlalılar

 

Süd məhsulları

 

Şəkər

 

Rafine yağlar və omeqa-6

 

Tərəvəzlər (pomidor, kartof, badımcan)

 

Qəhvə və spirt

 

Paleo pəhrizinin əsas problemi bədəni vacib qidalarla təmin edən taxıl, paxlalılar və süd məhsulları kimi sağlam qidaların xaric edilməsidir.

 

Keto pəhrizi

 

Ketogenik pəhriz karbohidratların kəskin şəkildə azaldılmasını və yağ qəbulunun artırılmasını nəzərdə tutur. Tez arıqlamağa və qan şəkərini idarə etməyə kömək etdiyi üçün məşhurdur. Bununla belə, dərc edilən bir araşdırma, keto pəhrizinin bağırsaq mikrobiomunun müxtəlifliyini azaldır və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola biləcək pis xolesterol səviyyələrini artırdığını aşkar edib. Həmçinin, keto pəhrizində lif azdır ki, bu da həm ürək-damar sisteminə, həm də həzmə mənfi təsir göstərir, bağırsaqların və onun mikrobiomunun vəziyyətini pisləşdirir.

 

Peçenye pəhrizi

 

Amerikalı həkim tərəfindən hazırlanmış bu pəhrizdə zülal və liflə zəngin olan xüsusi peçenyelərin istehlakı yer alırdı. Əsas fikir adi pəhrizinizi bu peçenyelərlə əvəz etmək idi, lakin bu yanaşma balanssızdır. Həkimlər bu cür dəb pəhrizləri yerinə müxtəlif pəhriz seçməyi məsləhət görürlər.

 

Alma sirkəsi pəhrizi

 

Pəhrizin mahiyyəti yeməkdən əvvəl suya qatılmış 1-2 xörək qaşığı alma sirkəsini istehlak etməkdir. Bununla belə, genişmiqyaslı tədqiqatlar bu metodun arıqlamaq üçün effektivliyini təsdiqləməyib. Üstəlik, bu yanaşma elmi cəhətdən dəstəklənmir və onun sağlamlıq üçün faydalarına dair heç bir sübut yoxdur.

 

Hava pəhrizi

 

Fransada yaranan hava pəhrizi, insanın yalnız yemək yediyini təsəvvür etdiyi zaman “virtual” qidalanmanı nəzərdə tutur. Əslində, insanlar yalnız duzlu bulyon istehlak edirlər, bu da ciddi qida çatışmazlığına səbəb olub və sağlamlıqlarını pozub.

 

Bu pəhrizlər elmi faktlara deyil, dəblərə əsaslanmağa meyllidir və vacib qida maddələrinin balansını pozaraq bədənə mənfi təsir göstərə bilər.//Lent.az

Tarix: 28 Sentyabr 2024, 13:01   
Seçilən
50
5
pravda.az

6Mənbələr