Bakı. Trend:
“Liverpul” futbolçusu Vircil Van Deyklə müqaviləni uzatmağaqərar verib.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, İngiltərə klubu 33 yaşlı mərkəz müdafiəçisiniheyətdə saxlamaq istəyir.
Niderlandlı futbolçunun özü də anlaşmanın uzadılmasına razılıqverib. O, 2027-ci ilədək komandada qalmaq arzusundadır.Müdafiəçinin indiki müqaviləsi 2025-ci ilin yayında başaçatacaq.
Qeyd edək ki, Vircil 2018-ci ildən çıxış etdiyi “Liverpul”da 276matçda 24 qol vurub.