Ordubadın bütün kəndlərində, Culfanın isə bir sıra kəndlərində qazın verilişi bərpa olunub.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən verilən məlumata görə, Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi bərpa olunub.
Qeyd edək ki, təmir bərpa işləri ilə əlaqədar Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi saat 06:30-dan etibarən müvəqqəti dayandırılmışdı.
***
Ordubadın bütün kəndlərində, Culfanın isə bir sıra kəndlərində qazın verilişi müvəqqəti dayandırılıb.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən verilən məlumata görə, təmir bərpa işləri ilə əlaqədar Ordubadın bütün kəndlərinə, Culfanın isə Yaycı, Şurud, Gal, Dizə kəndlərinə qazın verilişi saat 06:30-dan etibarən müvəqqəti dayandırılıb.
Qaz təchizatının verilməsi barədə əlavə məlumat veriləcək.