Demokrat.az Vətən müharibəsinin 6-cı gününün xronikasını təqdim edir.
• Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları və Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı, habelə münaqişə barədə sualları cavablandırıb.
• Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində uğurla davam etdirib. Ordumuz Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib.
Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləyib. Ordumuz Murov dağı istiqamətində də əməliyyat şəraitini tam nəzarətə götürüb. Əməliyyatların gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıradan çıxarılıb.
• Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı ələ keçirilib.
• Düşmən ordusuna məxsus ondan çox texnika, o cümlədən “URAL” markalı hərbi maşınlarında silah-sursat, geyimlər, əsgər ləvazimatları aşkarlanıb. Texnikaların əksəriyyətiistifadəyə yararlıdır.
5Mənbələr
-
iqtisadiyyat.azVətən müharibəsinin xronikası: 2 oktyabr ( 11599843)
-
anspress.comVətən müharibəsinin xronikası: 2 oktyabr VİDEO ( 11598628)
-
xezerxeber.azVətən müharibəsinin xronikası: 2 oktyabrda nələr yaşandı? ( 11598391)
-
azertag.azVətən müharibəsinin xronikası: 2 oktyabr ( 11598115)
-
demokrat.azVətən müharibəsinin XRONİKASI — VİDEO ( 11586430)