AZ

Azərbaycan vasitəsilə tranzit Avropanın nüvə enerjisi üçün açar faktordur - "La Gazette du Caucase"

Bakı. Trend:

Azərbaycandan keçən Orta Dəhliz üzrə tranzit Avropanın nüvəenerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bubarədə Fransanın “La Gazette du Caucase” onlayn-nəşrinin məqaləsində deyilir.

"Avropa İttifaqında ən böyük nüvə gücünə malik ölkə Fransadır.Fransa təbii uran istehsalçısı olmadığı üçün onu idxal etməkməcburiyyətində qalır. Son zamanlar Fransa bu uranı 4 ölkədən -Niger, Qazaxıstan, Özbəkistan və Avstraliyadan idxal edib. Fransavə digər Aİ ölkələri yeni ixrac marşrutları axtarır və onlardanbiri Azərbaycanın üzərindən keçir.

Bu kontekstdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəniOrta Dəhliz Fransa və Avropa İttifaqı üçün həyati əhəmiyyət kəsbedir. Bu marşrutla Qazaxıstandan uran birbaşa Azərbaycan vəGürcüstandan, ya da Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Aİvə Fransaya ixrac edilə bilər", - məqalədə vurğulanır.

Materialın müəllifləri qeyd edirlər ki, Fransa uran idxalınınmənbələrini və tranzit ölkələrini şaxələndirməyə davam edərkən,Azərbaycan üzərindən keçən tranzit artıq sınaqdan çıxıb və daha dainkişaf etdirilə biləcək ən əlverişli həll yoludur.

Məqalədə Qərb ölkələrinin idxal marşrutlarını məhz Cənubi Qafqazvə Mərkəzi Asiya regionundan keçirməyə maraqlı olmalarınınvacibliyi vurğulanır.

"Əks halda, mövcud geosiyasi şəraitdə Qərbin uran və nüvəyanacağı məsələlərində Çin və Rusiyadan asılılığı artmaqda davamedəcək. Bu da növbəti onilliklərdə Qərb ölkələrinin enerji tədarüküilə bağlı təhdidlərlə üzləşəcəyi anlamına gəlir", - məqaləninsonunda qeyd olunur.

Seçilən
72
5
az.trend.az

6Mənbələr