Suriyanın şimalında – “Zeytun budağı” əməliyyatı bölgəsində hücuma hazırlaşdığı müəyyən edilən PKK-nın dörd terrorçusu zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilib:
“Qəhrəman Mehmetçik Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatları davam etdirir. “Zeytun budağı” bölgəsində hücuma hazırlaşdığı müəyyən edilən 4 PKK/YPG terrorçusu xain məqsədlərinə çatmamış zərərsizləşdirilib”.