AZ

Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibə verib

"İslam ölkələri əllərində olan bütün diplomatik və humanitar vasitələrdən istifadə edərək Qəzza problemini həll etməyə üstünlük verdi".

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

Oktyabrın 7-dən əvvəl bölgədə normallaşma mühitinin olduğunu və Türkiyənin bölgədəki normallaşma atmosferinə töhfə vermək üçün siyasət yürütdüyünü ifadə edən H.Fidan deyib ki, ancaq 7 oktyabrdan sonra Fələstin məsələsində mahiyyətcə heç bir şeyin dəyişmədiyini gördük. Xüsusilə Qəzzada şəhid olan 13 minə yaxın fələstinli qardaşımızın qanı göz qabağında olduğu bir vaxtda heç bir şey olmamış kimi davranmaq mümkün deyildi.
Türkiyə iki mərhələli siyasət həyata keçirib. Bunlardan birincisi vaxt itirmədən atəşkəs elan etmək, ikincisi isə Qəzzaya humanitar yardım çatdırmaq.

İslam ölkələri bu anda əllərində olan bütün diplomatik və humanitar vasitələrdən istifadə edərək problemi həll etməyə üstünlük veriblər.

İsrailin nüvə silahların yayılmaması müqaviləsinə tərəf olmadığından istifadə edərək öz nüvə qabiliyyətini inkişaf etdirdiyini görürük və bilirik ki, bu mövzuda Amerika və Avropadan böyük dəstək aldı. Deməli bu, sirr deyil.

Bəzi çılğın İsrail siyasətçilərinin nüvə silahından istifadə ilə bağlı danışıqlarını nəzərə alsaq, görünür, ciddi bir problem var. Bölgə ya nüvə silahından tamamilə təmizlənməlidir, ya da digər ölkələr bu istiqamətdə özlərini daha təhlükəsiz hiss etmək üçün addım atmak məcburiyyətində qalacaqlar. Demləli buna həll yolu tapmalıyıq.

Türkiyənin Qəzzada müharibədən sonrakı vəziyyətlə bağlı vahid perspektivə malik olduğunu qeyd edən xarici işlər naziri deyib:

"Açığı, Qəzzanı iki dövlətli həll olmadan kimin idarə edəcəyi sualının düzgün sual olduğunu qəbul etmirik. Qəzza müharibədən əvvəl də idarə olunurdu, indi də idarə oluna bilər. Qəzzanın özünüidarə ilə bağlı heç bir problemi yoxdur. Qəzzanın problemi onun işğal altında saxlanması və infrastrukturunu dağıtmaq, üst quruluşunu dağıtmaqdır. Hazırda Qəzzanın idarə olunmasında deyil, mühafizəsində problem olduğunu düşünürük".

Türkiyənin "HƏMAS"ı terror təşkilatı olaraq qəbul etmədiyini təkrarlayan Fidan "HƏMAS Fələstin dövlət sistemi daxilində fəaliyyət göstərən bir partiyadır" deyib.

Seçilən
750
1
sia.az

10Mənbələr