AZ

Şabranda 38 yaşlı qadın bıçaqlandı

Şabranın Dəvəçi kəndində 38 yaşlı qadın bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, 1985-ci il təvəllüdlü Kərimova Aytən Qiyasəddin qızı kürək və ayaq nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, hadisə A.Kərimovanın keçmiş həyat yoldaşı tərəfindən qısqanclıq zəminində törədilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Seçilən
593
20
teleqraf.com

10Mənbələr