Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə bu ölkənin milli bayramı - Alman Birliyi Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.“İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.Dövlətimizin başçısı noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycanın Almaniya ilə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta