AZ

"Səbail" "Şamaxı"nı belə məğlub etdi - Video

Misli Premyer Liqasında 9-cu turun oyunları davam edir.

Teleqraf.com xəbər verir ki, bu gün "Səbail" öz meyanında "Şamaxı" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapısından keçirib. 68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "Səbail" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Şamaxı" isə 12 xalla 6-cı sırada qərarlaşıb.


Müəllif: Teleqraf.com
Seçilən
78
13
teleqraf.com

10Mənbələr