AZ

“Doğu Akdeniz-2023”: Azərbaycan xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları icra edib - FOTOLAR

Türkiyənin Marmaris şəhərində “Doğu Akdeniz-2023” beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib.



Bu barədə NUHÇIXAN-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər.
Qeyd edək ki, qardaş ölkədə keçirilən “Doğu Akdeniz-2023” beynəlxalq təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti iştirak edir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
259
39
nuhcixan.az

10Mənbələr