AZ

"Qarabağ" dünya reytinqində gerilədi

"Qarabağ" dünya klublarının reytinq siyahısında 8 pillə geriləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

Azərbaycan çempionu 174,75 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən "Zirə" (95,75 xal) 10 mövqe irəliləyərək 201-ci yerdədir. "Sabah" isə 17 pillə artıraraq 411-cidir.

503 klubun olduğu siyahıda "Neftçi" yer almayıb.

Qeyd edək ki, reytinqə "Real" (420 xal) başçılıq edir. "Mançester Siti" (364 xal) ikinci, "Bayer 04" (362 xal) üçüncü pillədə qərarlaşıb

Seçilən
53
14
operativmedia.az

10Mənbələr