AZ

Erik ten Haq istədi, 200 minlik divar tikildi

İngiltərənin "Mançester Yunayted" klubunun Karrinqtondakı təlim-məşq mərkəzində komandanın məşqlərini gizlətmək və oyunçuları əlverişsiz havadan qorumaq üçün nəhəng ağ divar tikilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, divar "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqın xahişi ilə tikilib. Bu, kluba 200 min funt-sterlinqə başa gəlib.

Əvvəllər xərclərin azaldılması səbəbindən 250 nəfərin işdən çıxarılmasından sonra inşa olunan divarın dəyəri klub əməkdaşlarında çaşqınlıq yaradıb.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 7 turdan sonra 8 xalla 14-cü yerdə qərarlaşıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
26
2
milli.az

3Mənbələr