AZ

Dünya kuboku Bakıda

Azərbaycan ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya kubokunun seçmə mərhələ oyunlarına ev sahibliyi edəcək

Apasport.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası (ABF) ilə ali basketbol qurumu FIBA arasında imzalanmış müqaviləyə əsasən, ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya kubokunun (2025) seçmə mərhələ oyunları Bakıda keçiriləcək.

24 və 25 may tarixlərində Bakıda təşkil olunacaq seçmə mərhələ oyunlarında, 6 kişi və 6 qadın milli komandaları əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Bu millilər arasında həm kişilərdən, həm də qadınlardan ibarət yığmalarımızda iştirak edəcəklər.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 milli komandası Dünya kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

"Sabah" qələbəni əldən verdi

"Neftçi"dən növbəti qələbə

“Sabah”ın iştirak ərizəsi açıqlandı

Amerikalı oyunçu Gəncə klubunda

“Sabah”dan növbəti transfer

Seçilən
76
19
apasport.az

10Mənbələr