AZ

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub...

"Report"un məlumatına görə, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.

***

UEFA Millətlər Liqasının Estoniya - Azərbaycan matçında meydan sahibləri fasiləyə üstün yollanıb.

"Report"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə Vlasiy Sinyavski yığmamızı cəzalandırıb - 2:1.

45+2-ci dəqiqədə vurulan qoldan sonra oyunda birinci hissə başa çatıb.

Poliqon.info

Seçilən
97
13
poliqon.info

10Mənbələr