AZ

Millətlər Liqası: Bundesliqada çıxış edən futbolçu Azərbaycan yığmasına qarşı oynamayacaq

Millətlər

Bakı, 12 oktyabr, AZƏRTAC

Slovakiya millisi UEFA Millətlər Liqasının C Divizionunda Azərbaycan yığmasına qarşı oyuna ciddi itki ilə çıxacaq.

AZƏRTAC xəbər verir ki, komandanın aparıcı müdafiəçisi Denis Vavro Bakıdakı görüşü buraxacaq. Buna 28 yaşlı oyunçunun ötən gün İsveçlə matçda (2:2) sarı vərəqə alaraq, cəzalı duruma düşməsi səbəb olub.

Müqavilə ilə Danimarkanın "Kopenhagen" klubuna məxsus olan futbolçu hazırda icarə əsasında Almaniya "Volfsburq"unda çıxış edir.

Qeyd edək ki, oktyabrın 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.

Seçilən
99
1
azertag.az

2Mənbələr