AZ

Mesut Özil “Zirə”nin qonağı oldu

Futbol üzrə Almaniya yığmasının Türkiyə əsilli sabiq yarımmüdafiəçisi, dünya çempionu Mesut Özil “Zirə” klubunun qonağı olub.

Arena.az xəbər verir ki, görüşdə Bakı təmsilçisinin Muşahidə Şurasının sədri Orxan Məmmədov və əsas komandanın baş məşqçisi Rəşad Sadıqov iştirak ediblər.

Keçmiş yarımmüdafiəçi Zirə İdman Kompleksində klubun U-19 komandası ilə görüşüb və futbolçulara öz tövsiyələrini verib.

Qeyd edək ki, Özil ötən gün “Qarabağ” klubunun da qonağı olmuşdu.

Xatırladaq ki, Mesut Özil karyerası ərzində Almaniyada “Şalke”, “Verder”, İspaniyada “Real”, İngiltərədə “Arsenal”, Türkiyədə “Fənərbaxça” və “Başakşəhər” kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Seçilən
71
20
arena.az

10Mənbələr