Bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Brüsseldə Ermənistan mətbuatına verdiyi acılamada deyib.
Toivo Klaar Ermənistandan olan jurnalistin diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə aydın şəkildə “Zəngəzur dəhlizi” ifadəsinin hansı kontekstdə istifadə olunduğunu izah edib:
“İlk növbədə, mən düşünürəm ki, Prezident Əliyev bir neçə ay öncə Moskvada baş nazir Paşinyan və Prezident Putinin iştirakı ilə keçirilən görüşdə çox açıq şəkildə bildirdi ki, bunun “dəhliz” adlandırılması ekstraterritoriallıq anlamına gəlmir. Prezident Əliyev, həmçinin bir çox digər hallarda da bunun ekstraterritoriallıq anlamına gəlmədiyini deyib. Bildiyiniz kimi, biz Avropada müxtəlif dəhlizlərə istinad edərkən “nəqliyyat dəhlizləri” deyirik və heç vaxt ekstraterritoriallığı fikrimizdə tutmuruq”, - deyə Toivo Klaar jurnalistin diqqətinə çatdırıb.
Toivo Klaar əlavə edib ki, Azərbaycan öz vətəndaşlarının və Ermənistan ərazisindən keçən yüklərin təhlükəsiz şəkildə keçidinə təminat əldə etmək istəyir və bu tamamilə məntiqli və normaldır.
“Amma bunun reallıqda necə olacağını düşünmək və onun icra etmək artıq Ermənistan hakimiyyətinin üzərinə düşür”, - deyə T.Klaar qeyd edib.
Avropalı diplomat əlavə edib ki, Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyir:
10Mənbələr
-
bakuinform.agency“Anlamırıq ki, sülh niyə yubanır? Açar Azərbaycanın əlindədir” - Avropa İttifaqı rəsmisi - VİDEO ( 1206124)
-
musavat.com“Anlamırıq ki, sülh niyə yubanır? Açar Azərbaycanın əlindədir” - Avropa İttifaqı rəsmisi - VİDEO ( 1205959)
-
yenigundem.azKlaar Azərbaycanın Ermənistan ərazisi ilə təhlükəsiz hərəkətin təmin edilməsi tələbini legitim sayır ( 1201933)
-
buta.media“Azərbaycanın “Zəngəzur dəhlizi” yanaşması ekstraterritorial anlamına gəlmir” - Klaar ( 1198249)
-
demokrat.az“Azərbaycanın “Zəngəzur dəhlizi” yanaşması ekstraterritorial anlamına gəlmir” ( 1196551)
-
moderator.azToivo Klaar: “Azərbaycanın “Zəngəzur dəhlizi” yanaşması ekstraterritorial anlamına gəlmir” ( 1194784)
-
oxu.azToivo Klaar: “Azərbaycanın “Zəngəzur dəhlizi” yanaşması ekstraterritorial anlamına gəlmir” ( 1194250)
-
visiontv.azKlaar Azərbaycanın Ermənistan ərazisi ilə təhlükəsiz hərəkətin təmin edilməsi tələbini legitim sayır ( 1189846)
-
525.azKlaar Azərbaycanın Ermənistan ərazisi ilə təhlükəsiz hərəkətin təmin edilməsi tələbini legitim sayır ( 1189813)
-
pravda.azKlaar Azərbaycanın Ermənistan ərazisi ilə təhlükəsiz hərəkətin təmin edilməsi tələbini legitim sayır ( 1189540)