"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun formasını geydiyi Monteneqro millisi Millətlər Liqasında növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda Kardiffdə Uels millisinin qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Monteneqro millisinin heyətində meydana start heyətində çıxan Marko Yankoviç 82-ci dəqiqədə Edvin Kuçla əvəzlənib.
Qeyd edək ki, 4 turdan sonra Monteneqro millisinin xalı yoxdu. Uels isə 8 xalla ikincidi. Qrupa 10 xalla Türkiyə yığması liderlik edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta