AZ

Ermənistan COP29-a qarşı qarayaxma kampaniyasına qoşulub – “Bu, ikitərəfli danışıqlara təsirsiz ötüşməyəcək”

“Bir aydan sonra COP29 başa çatacaq, ABŞ və Gürcüstanda seçkilərin nəticələri bəlli olacaq. Bütün mərclər ediləcək və növbəti iki-üç il ərzində müəyyənlik dövrü olacaq. Ermənistan da mərc edib və onun hərəkətləri təkcə özünə deyil, həm də Azərbaycana qarşı yönəlib. Ermənistan rəsmi və dolayı yolla Azərbaycan əleyhinə kampaniyaya qoşulub, baxmayaraq ki, bunun heç bir əsası yoxdur”.

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov “Teleqram”-da yazıb.

Ekspert xatırladır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı heç bir irəliləyiş yoxdur: “Bununla belə, sərhədlərin dəqiqləşdirilməsi prosesində irəliləyiş var - əsasnamə imzalanıb, biz faktiki sülh şəraitində yaşayırıq, qoşunların sərhəddə toplanması faktı yoxdur, sülh müqaviləsindən nəqliyyat yollarının açılması ilə bağlı bənd çıxarılıb. Beləliklə, kommunikasiyaların blokdan çıxarılması mövzusu ətrafında mövcud olan bütün dinamikanın Azərbaycana heç bir aidiyyatı yoxdur, bu, Ermənistan-Rusiya məsələsidir”.

Politoloü qeyd edir ki, ikitərəfli formatda normal dinamika var idi, amma bu da sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmadı, əksinə, gündəlikdəki bütün mövzular üzrə danışıqlar prosesi üçün zəmin yaratdı.

“Nəticədə, Ermənistan COP29-u gözdən salmaq istiqamətində fəaliyyətlərə dəstək verərək Azərbaycana qarşı təbliğata qoşuldu. Beləliklə, 7 dekabr 2023-cü il tarixli, konkret olaraq COP29 ilə bağlı ikitərəfli bəyanatın müsbət dinamikasını zəiflədir.

Azərbaycan və Ermənistan spikerləri arasında baş tutmayan görüş uğursuzluğu Londondakı uğursuz görüşdən sonra ikinci hadisədir. Yəni getdikcə daha az müsbət nəticəli danışıqlar var. Noyabrın sonunda - COP29-dan nə ilə çıxacağıq?! Danışıqlar prosesində daha böyük itkilərlə?! Bir şey aydındır, Ermənistan hakimiyyətinin indiki əməlləri təsirsiz ötüşməyəcək”.

“AzPolitika.info”

Seçilən
31
1
azpolitika.info

2Mənbələr