AZ

Məşhur klub idman yarışlarından kənarlaşdırıla bilər

Məşhur

Bakı, 17 oktyabr, AZƏRTAC

Portuqaliyanın “Benfika” klubu 3 il müddətinə bütün idman yarışlarından kənarlaşdırıla bilər.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Lissabon təmsilçisi korrupsiya və vergidən yayınmada ittiham olunur.

İddia təsdiqini taparsa, məşhur klubu 6 aydan 3 ilədək diskvalifikasiya cəzası gözləyir.

Qeyd edək ki, “Benfika”da Türkiyə millisinin iki futbolçusu – Orkun Kökçü və Kərəm Aktürkoğlu çıxış edir.

Seçilən
10
8
azertag.az

9Mənbələr