Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərində "WTT Youth Contender" turnirinəyekun vurulub.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, yarışın son günündə seçmə komandamızın aktivinədaha bir medal yazılıb.
13 yaşlı idmançiların şəxsi mübarizəsində 3-cü yeri tutan OnurQuluzadə bu gün 15 yaşlıların yarışında da eyni nəticənitəkrarlayıb. Turnirin ilk günlərində Rüstəm Hacılı - Aylin Əsgərovatandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsiyarışlarda bürünc mükafata layiq görülmüşdü.
Qeyd edək ki, beynəlxalq yarışda ev sahibi Birləşmiş ƏrəbƏmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa,Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, CənubiKoreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan,Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan,Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriyaidmançıları mübarizə aparıblar.