AZ

Prezident İlham Əliyev: Azərbaycan bəşəriyyət üçün aktual olan məsələlərə hər zaman xüsusi diqqət ayırmışdır

Bakı. Trend:

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası hərzaman bəşəriyyət üçün aktual olan məsələlərə xüsusi diqqət ayırmış,xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılmasıistiqamətində səmərəli iş aparmışdır. Bu xüsusda, qadın vəkolonializm mövzularının bir araya gətirilməsi, dekolonizasiyaprosesində qadınların rolunun gücləndirilməsi zamanın tələbidir.XXI əsrdə qadınların təəssüf ki, hələ də koloniyalarda köləliyə vəistismara məruz qalması fundamental insan hüquqlarından məhrumolması deməkdir.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlhamƏliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya:Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalqkonfransın iştirakçılarına müraciətində qeyd olunub.

Azərbaycanın kolonializmin hələ də davam etməsindən, xüsusiləkoloniyalarda qadın və uşaqların hüquqlarının kobud şəkildəpozulmasından narahat olmasının vurğulandığı müraciətdə bildirilib:“Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən,həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmişmüstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalqtəşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzunillərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davametdirir”.

Seçilən
144
13
az.trend.az

10Mənbələr