Azərbaycan Basketbol Liqasında cari mövsümün ilk turunda bu gün daha iki qarşılaşma baş tutacaq.
Apasport.az xəbər verir ki, əvvəlcə NTD və "Abşeron" komandaları üz-üzə gələcək.
Bölgə təmsilçiləri Bakı İdman Sarayında görüşəcək. Matç saat 12:30-da başlayacaq.
Digər qarşılaşma isə "Lənkəran" və "Gəncə" arasında olacaq. Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək oyunun start fiti saat 14:00-da səsləndiriləcək.
Hər iki oyun A qrupunda baş tutacaq.
Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.
"Abşeron"un baş məşqçisi: "Zədəli oyunçumuz yoxdur"
“Lənkəran”nın baş məqşçisi: “İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur”
Bedri Meriç: "Şəki"ni bu mövsüm pley-offlarda görəcəyik"
“Sumqayıt”ın yeni transferi: "Hədəfimiz pley-offa vəsiqə qazanmaq"
Avropa kuboku: "Sabah" Yunanıstan klubuna məğlub olub