AZ

Fransa bizə 25 milyon avro kompensasiya ödəməlidir

Bakı. Trend:

Fransa bizə kompensasiya ödəməlidir. Bu təzminat 25 milyon avrohesablanıb.

Trend xəbər verir ki, bunu "L'Alliance Nationale Guadeloupe"siyasi hərəkatının sözçüsü Laurence Maquiaba "Dekolonizasiya:Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçiriləntədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, müstəmləkəçilik dövründə ölkəsində qadınlar böyükçətinliklərə məruz qalıblar.

"Qadınların üçdə biri iş yerlərində zorakılığa məruz qalıb.Sorğuda iştirak edənlər tibbi xidmətlərdən istifadə edəbilmədiklərini bəyan edirlər. Biz istəyirik ki, sosial hüquqlarbərabər olsun, qadın və kişilərin əməkhaqqıları eyniləşdirilsin.Ölkəmizin azadlığı üçün mübarizə aparırıq. Buna görə də iqtisadicəhətdən güclü olmalıyıq".

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsivə inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir QoşulmamaHərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baştutur.

Seçilən
151
9
az.trend.az

10Mənbələr