
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 10:39-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.
Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.