AZ

Lənkəran ilk dəfə böyük basketbola evsahibliyi etdi

Azərbaycan Basketbol Liqasında (ABL) debüt edən "Lənkəran" ilk rəsmi oyununu keçirib.

Sportnet.az xəbər verir ki, cənub təmsilçisi Lənkəran Olimpiya İdman Kompleksində "Gəncə"ni qonaq edib.

Görüş qonaqların 90:75 hesabı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu Lənkəran şəhərində keçirilən ilk basketbol oyunu kimi tarixə keçib.


Seçilən
20
sportnet.az

1Mənbələr