AZ

Elmar Baxşıyev: "Layiqli qələbə qazandıq"

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Billirdik ağır oyun olacaq. "Şamaxı" Premyer Liqada yeni olsa da, Ayxan Abbasov yaxşı, əzmkar komanda yaradıb. Komadam meydanda istədiyimi verməyə çalışırdı. Düşünürəm ki, layiqli qələbə qazandıq.

- Oyun tez-tez dayanırdı. Temp sizi qane etdi?

- Dinamika yaxşı idi. Hər iki komanda əzmkarlıq göstərirdi, həm də bir-birinə hötmət edirdi. Ümumi hakimlik normal idi.

- Komandanızın müdafiədəki oyunundan razısız?

- Müdafiə sırf müdafiəçilərdən ibarət deyil. Ümumi müdafiə planında bəzi epizodlarda boşluqlar veririk. Bu da normaldır.

- Sezar Meza Koli komandaya xeyir verəcək?

- Bəli, bizə xeyri dəyərək. Meza Kolli yaxşı keyfiyyətlərə malik futbolçudur. Onu iyun ayında gətirmək istəyirdik. Sadəcə belə alındı.

Renatın komandasından qələbə

II Liqa: “Göygöl” “Füzuli”yə 9 qol vurub

Azər Bağırov: “Hakimlərin simpatiyası olanda hər şey başqa cür olur”

Qurban Qurbanov: “Bacarıqlı futbolçuya görə heç kim zəng etmir”

“Qarabağ” 3 xalı 5 qolla qazandı - YENİLƏNİB

Seçilən
25
6
apasport.az

8Mənbələr