AZ

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”a evdə uduzdu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Bu, sözügedən komandaların ölkə çempionatındakı 6-cı oyunu olub. Əvvəlki oyunlarda heç-heçə tanımayan komandalardan “Şamaxı” 2, “Araz-Naxçıvan” 3 qələbə qazanmışdı. Bütün oyunlarda meydan sahibi olan tərəf qalib gəlmişdi.

Bu oyunda isə ənənə pozulub. Naxçıvan təmsilçisi səfərdə minimal hesabla qalib gəlib.

Premyer Liqa
10-cu tur
19 oktyabr

“Şamaxı” – “Araz-Naxçıvan” 0:1
Qol: Felipe Santos, 73.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu. 15:30.

Şamaxı: 1. Rikardo Fernandes, 60. Səbayıl Bağırov, 4. Adil Nağıyev (k), 10. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 11. Conatan Benteke, 20. Leroy Mikels, 7. Georgi Kantariya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli.
Baş məşqçi: Ayxan Abbasov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Elmar Baxşıyev.

Seçilən
16
2
arena.az

10Mənbələr