Azərbaycan Premyer Liqasının X turunda \"Neftçi\" \"Səbail\" üzərində qələbə qazanıb.
AZXEBER.COM xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda \"Neftçi Arena\"da baş tutan görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edib.
\"Neftçi\"dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. \"Səbail\"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.
Bu nəticədən sonra \"Neftçi\" 8 xalla 7-ci pilləyə yüksəlib. Hazırda turnir cədvəlində 8-ci yerdə olan \"Səbail\"in isə 7 xalı var.
Qeyd edək ki, X turda bu gün baş tutan \"Şamaxı\" - \"Araz Naxçıvan\" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən \"Kəpəz\" - \"Qarabağ\" matçından isə Ağdam təmsilçisi böyükhesablı üstünlüklə ayrılıb - 5:0.
X turun digər görüşləri sabah reallaşacaq.