AZ

Dünya birinciliyi üçün 13 boksçu

Oktyabrın 23-dən noyabrın 3-nə qədər Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi keçiriləcək.

Arena.az xəbər verir ki, mundialda Azərbaycan millisi 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu yarışda bu boksçulara şans verəcəklər:

Bilalhəbaşi Nəzərov (48 kq)
Zidan Hümbətov (51 kq)
Ömər Aslanlı (54 kq)
Tağı Nəsibov (57 kq)
Məhəmmədəli Qasımzadə (60 kq)
Əli Abdullayev (63,5 kq)
Ziya Həsənov (71 kq)
Abbasqulu Şadlinski (75 kq)
Lalə Mədətova (48 kq)
Cəmilə Sultanlı (50 kq)
Aynur Mikayılova (57 kq)
Qızbəs İsgəndər (60 kq)
Emili Rzayevaya (63 kq)

Dünya birinciliyində beynəlxalq dərəcəli hakimimiz Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda 84 ölkədən 800-dək boksçusunun mübarizə aparacağı gözlənilir.

Seçilən
90
11
arena.az

10Mənbələr