AZ

Rusiya XİN-in resurslarına kiberhücum olub

Rusiya Xarici İşlər Nazirliyinin internet platformalarına genişmiqyaslı DdoS kiberhücumlar qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.

Onun sözlərinə görə, bu səbəbdən Bakı vaxtı ilə 11:00-da başlaması nəzərdə tutulan həftəlik brifinq 15:00-a təxirə salınıb. 

Bildirilib ki, mobil cihazlarda nazirliyin saytı açılmır. 

Sözçü hazırda mütəxəssislərin problemin aradan qaldırılması istiqamətində işlədiyini əlavə edib.

Seçilən
17
4
bakivaxti.az

4Mənbələr