“Yaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yenilənəcək”.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə deyib.
O, qeyd edib ki, qarşıdakı aylarda "Azərbaycan Dəmir Yolları" QSC və "Bakı Metropoliteni" QSC yeni qatar və vaqonlarla təchiz ediləcək.
“Həmçinin aviasiya parkının 30-dan çox müasir təyyarə ilə yenilənməsi görülən işlərin təzahürüdür”, deyə o əlavə edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta