UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İsveçin "Elfsborq" klubunu cərimələyib.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.
Allsvenskan təmsilçisi İtaliyanın "Roma" komandasına qalib gəldikləri (1:0) II turun matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50000 avro ziyana düşüb.
Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. "Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.
Qeyd edək ki, "Qarabağ" turnirin Liqa mərhələsində dekabrın 11-də "Elfsborq"un qonağı olacaq.
Bəxtiyar Həsənalızadə: "Millidən dəvət gözləyirdim" - Müsahibə
Danilo Dias: “Qarabağ” “Ayaks”la görüşdə dominant futbol oynamağa çalışacaq"
“Qarabağ”la “Sumqayıt”a texniki məğlubiyyət verilib
Azərbaycan – Portuqaliya oyununun hakimləri bəlli olub
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin proqramı açıqlanıb