AZ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər - 2027-ci İLDƏ

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.

Korrespondent.az bildirir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bakı ilə yanaşı, İspaniyanın paytaxtı Madrid də eyni ildə qitənin ən nüfuzlu klub turnirini təşkil etməkdə maraqlıdır. İspanlar həlledici qarşılaşmanı "Metropolitano" stadionunda keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim olunmalıdır. UEFA İcraiyyə Komitəsi finalın keçiriləcəyi stadionu may ayında müəyyənləşdirəcək.

Seçilən
105
8
korrespondent.az

7Mənbələr