AZ

"Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq

\"Qarabağ\" bu gün UEFA Avropa Liqasında Niderlandın \"Ayaks\" klubunu qəbul edəcək.

Liqa mərhələsinin III turuna təsadüf edən qarşılaşma saat 20:45-də start götürəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.

UEFA Avropa Liqası

Liqa mərhələsi

III tur

24 oktyabr

20:45. \"Qarabağ\" - \"Ayaks\" (Niderland)

Baş hakim: Nikolas Uolş (Şotlandiya).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu I turda İngiltərədə \"Tottenhem\"ə (0:3), növbəti görüşdə isə evdə İsveçin \"Malmö\" kollektivinə uduzub - 1:2. İlk oyunda Türkiyənin \"Beşiktaş\" klubunu 4 cavabsız qolla üstələyən \"Ayaks\" ikinci matçda Çexiyada \"Slaviya\" (Praqa) ilə heç-heçə edib - 1:1.
Seçilən
28
22
azxeber.com

10Mənbələr