Bakı. Trend:
İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini,İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs, habeləİtaliyanın hakim "İtaliya Qardaşları" partiyasının millidirektorluğunun əlaqələndiricisi Edmondo Çirielli AvropaParlamentində 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul olunmuşqətnaməni sərt şəkildə tənqid edib.
Trend-in məlumatına görə, odeyib ki, onun siyasi partiyasının haqlı olaraq bitərəf qaldığıAvropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini təəccübləqarşılayıb.
“Parlament suverendir, lakin bu o demək deyil ki, hökumətnümayəndələri öz fikirlərini ifadə edə bilməzlər, biz demokratikölkələrik”, deyə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıqnazirinin müavini Edmondo Cirielli bildirib.
“Əvvəla, qətnamə hüquqi və tarixi saxtakarlıqla doludur. MəhzErmənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) olaraq otuz ilərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm dəondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqlarıərazini işğal etmişdir. BMT-nin müstəqil hesabatlarından dagöründüyü kimi, ermənilərin regionu tərk etmələrinə görə məsuliyyətdaşıyan Azərbaycan deyil, bu, regionun erməni separatçırəhbərliyinə havadarlıq edən rusiyapərəstlərin ritorikasıdır.Halbuki beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan həminbölgədə yaşayan erməniləri qorumaq bəhanəsi ilə Ermənistanınbaşlatdığı müharibə nəticəsində 750 mindən çox azərbaycanlı öztorpaqlarından didərgin düşməyə məcbur olub. Rusiyanın Ukraynadaetdiyi kimi. Azərbaycanlılar hələ də öz torpaqlarına qayıdabilmirlər, çünki onların şəhərləri yerlə-yeksan edilib və hər yerhələ də minalanmış vəziyyətdədir”, deyə “İtaliya Qardaşları”partiyasının nüfuzlu üzvü olan nazir müavini E.Çiriellivurğulayıb.
O, əlavə edib: “Ermənistan ərazisində Azərbaycan qoşunlarıyoxdur. Üstəlik, onilliklər ərzində ermənilər qanunsuz şəkildəişğal etdikləri Azərbaycanın dörd kəndini də geri qaytardılar.Mübahisəli ərazilər yoxdur, çünki Ermənistanın özü də bunu bəyanedib: yalnız azərbaycanlıların qaldırdığı məsələ var ki, o daErmənistan konstitusiyasında olan revanşizm kimi başa düşülənmüddəalardır. Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsizki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir. Buqətnamə həqiqətən də Ermənistan hökumətini Rusiya Federasiyasınındəstəklədiyi müxalifətin hazırkı hökuməti ermənilərin hüquqlarınısatmaqda günahlandırdığı daxili çəkişmələrə məruz qoyur".
“Qətnamədə İtaliyaya gələn və illərdir avropalıtərəfdaşlarımızın Rusiya qazından asılı olmamaq üçün bizi ikiqatartırmağa sövq etdiyi TAP-a əsaslanan Azərbaycan qazından enerjiasılılığına hücum da təəccüblüdür. Hətta Rusiya qazınınAzərbaycandan alınması ittihamı da beynəlxalq səviyyədəəsaslandırmalardan kənardır və müvafiq təşkilatlarda bunu heç kimmübahisələndirmir. Son iki il müharibə ərzində Avropa ilə RusiyaFederasiyası arasında münasibətləri əngəlləyən sanksiyalarınnəticəsində Rusiya ilə Ermənistan arasında ixrac və ticarətəlaqələrinin dörd dəfə artmasına dair sükut hökm sürür. Bu da birhəqiqətdir ki, Avropa İttifaqı iki ölkəni bir-birinə yaxınlaşdıranvə hələ də meydanda olan münaqişələri qızışdırmayan neytral vəbərabər mövqe ilə Qafqazın sabitləşdirilməsində maraqlı olmalı idi.Bunu ABŞ-dan olan tərəfdaşlarımız çox yaxşı edirlər, həmçininxarici işlər nazirimiz Tayani də müvafiq tərəflərlə bir neçə dəfəgörüşmüşdür və bu, ABŞ tərəfdən də böyük təqdirlə qarşılanmışdır”,deyə İtaliya Nazirlər Şurasının Qafqaz bölgəsinə məsul nümayəndəsiÇirielli vurğulayıb.
"Azərbaycan geosiyasi nöqteyi-nəzərdən təkcə İtaliya və Aİ-ninenerji və iqtisadi baxımdan deyil, həm də siyasi müstəvidə stratejitərəfdaşıdır, çünki Qafqazda rus qoşunlarının yerləşməsininqarşısını almaqda maraqlıdır. Halbuki rus qoşunları Ermənistandayerləşir və Gürcüstanın iki regionunu, Abxaziya və Osetiyanıqeyri-qanuni işğal edib. Gürcüstanın özü xristian olmasınabaxmayaraq, Azərbaycanın strateji və logistik tərəfdaşıdır. Bu, həmdə həmin bölgədə baş verənlərin dini müharibə olmamasını göstərir.Mən bütün dediklərimdə əminəm, çünki nazir Tayaninin təklifi iləxarici işlər naziri qismində Qafqaz bölgəsi mənim vəzifəsəlahiyytlərimə aid ediləndən sonra, dəfələrlə bütün bölgəölkələrinə səfər etmişəm və bölgənin hər üç ölkəsindən İtaliyadaçoxsaylı nümayəndə heyətlərini qəbul etmişəm”, deyə Çiriellifikirlərini tamamlayır.