AZ

Maya Sandu “Avromaydan”ın ildönümü ilə əlaqədar Kiyevə gəlib

Moldova prezidenti Maya Sandu “Avromaydan”ın başlanmasının ildönümü ilə əlaqədar Kiyevə səfər edib.

Onlar Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena ilə birlikdə 2013-cü il hadisələrində həlak olanların xatirəsini yad ediblər.

Editor.az bildirir ki, bu barədə Ukrayna prezidentinin saytında yerləşdirilən mesajda deyilir. “Volodimir və Yelena Zelenski Maya Sandu ilə birlikdə Kiyevdəki Səmavi Yüz Qəhrəmanları Xiyabanında xaç üçün ikon lampaları quraşdırıblar”, – mesajda bildirilir.

Xatırladaq ki, bu gün Almaniyanın müdafiə naziri Boris Pistorius və Avropa Şurasının rəhbəri Şarl Mişel də Kiyevdə olub. Bir gün əvvəl isə Pentaqonun rəhbəri Lloyd Ostin ölkəyə səfər edib. Xanım Sandu sonuncu dəfə 2023-cü il martın 31-də Ukraynaya səfər edib. Daha sonra Zelenski, həmçinin Sloveniya, Slovakiya və Xorvatiya prezidentləri ilə birlikdə Buca şəhərinə səfər edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
461
1
editor.az

10Mənbələr