AZ

Zidan Hümbətovdan dünya birinciliyində ilk qələbə

Azərbaycanın daha 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində qələbə qazanıb.

Arena.az bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Monteneqronun Budva şəhərində gənc boksçular arasında təşkil olunmuş dünya birinciliyi davam edir. Mundialın üçüncü günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb və hər ikisi qələbə qazanıb.

Zidan Hümbətov (51 kq) ilk görüşündə Alexandros Mavrommatislə (Yunanıstan) qarşılaşıb. O, görüşün taleyini ikinci raundda həll edərək tam üstünlüklə qalib gəlib. Hümbətov 1/8 finalda Mateuş Şoçarjla döyüşəcək.

Əli Abdullayev (63,5 kq) isə ikinci qarşılaşmasını aktivinə yazıb. O, 1/16 finalda Malik Suqaypovu (Rusiya) məğlub edib – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27). Boksçumuz növbəti görüşündə Ruslan Qafurovla (Tacikistan) üz-üzə gələcək.

Qeyd edək ki, dünya birinciliyində mübarizəyə noyabrın 3-də baş tutacaq final görüşləri ilə yekun vurulacaq.

Seçilən
80
8
arena.az

9Mənbələr