AZ

Ermənistan hərbi cinayət törədərək, mülki insanları hədəf alırdı - Afət Həsənova

Bakı. Trend:

Vətən müharibəsində Azərbaycanın sivil, cəbhə bölgəsindənkənarda yerləşən Bərdə şəhəri erməni terrorundan ciddi ziyan görənşəhərlərindən biri oldu. 2020-ci il oktyabrın 28-də saat 13radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdəşəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarətobyektlərinin kompakt yerləşdiyi əraziyə raket hücumu edildi vənəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-iqadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətlərialdı.

Bunu Trend-ə MilliMəclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bundan başqa, raket zərbələrinin təsirindən30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinəxüsusilə külli miqdarda ziyan dəydi.

A.Həsənova vurğulayıb ki, təcavüzkar Ermənistan tərəfi müharibəqaydalarını kobud şəkildə pozmaqda, həm cəbhə xətti boyunca, həm dəmülki əhalini və infrastrukturu raket atəşinə tutdu.

“Ermənistanın bu əməli açıq terror və beynəlxalq cinayətdir. “Butəkcə müharibə cinayəti deyil, eyni zamanda insanlıq əleyhinətörədilən ən ağır cinayətdir. İnsan nə qədər vəhşi və nə qədərvicdansız olmalıdır, nə qədər insanlıq hissini itirməlidir ki, dincinsanların üstünə raket atsın”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Vətən müharibəsi ərzində Bərdə iləyanaşı Gəncə, Tərtər və digər şəhər və qəsəbələrimiz erməniterrorçuları tərəfindən raket atəşlərinə məruz qaldı.

“Məhz ermənilərin bu terror əməlləri nəticəsində mülki insanlararasında itkilərimiz oldu. Döyüş meydanında qüdrətli ordumuzqarşısında tab gətirə bilməyən düşmən mülki əhalini atəşə tutmaqlaAzərbaycanı dayandırmağa, insanlar arasında qorxu yaratmağaçalışırdı. Lakin hər kəsə məlumdr ki, ermənilərin bu çirkinəməlləri xalqımızı qorxutmadı, əksinə mübarizə ruhunu, qələbəəzmini daha da gücləndirdi.

Lakin Ermənistandan fərqli olaraq Azərbaycan ləyaqətli döyüşapardı, heç bir mülki obyekti hədəfə almadı, düşmənə yalnız döyüşmeydanında cavab verdi”, - deyə deputat bildirib.

O əlavə edib ki, bu mahribə zamanı mülki insanlar arasındaitkilərin olmasının da məsuliyyəti tam olaraq Ermənistanın üzərinədüşür. “Məhz Ermənistanın hərbi cinayətləri nəticəsində mülkiinsanlar arasında itkilər oldu. Ermənistan hərbi birləşmələrimüharibə qanunlarını pozaraq və hərbi cinayət törədərəkAzərbaycanın müharibə zonasından uzaqda yerləşən, heç bir hərbiəhəmiyyəti olmayan şəhərlərimizi qadağan olunmuş raketlərlə atəşətuturdular. Gec-tez Ermənistan bu hərbi cinayət əməllərinə görəcavab verməli olacaq”, - deyə deputat əlavə edib.

Seçilən
109
3
az.trend.az

4Mənbələr