AZ

Millimiz Ukraynaya məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Bakupost.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.

İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda reallaşan qarşılaşma rəqibin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Ukrayna 15 xalla liderdir. U-21 millimiz 3 xalla beşinci pillədə qərarlaşıb.
Seçilən
428
13
bakupost.az

10Mənbələr