AZ

“Tarqovı”dakı mənzildə faciəvi şəkildə öldü

Bakıda 18 yaşlı oğlan dəm qazından ölüb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun meyiti "Tarqovı" məhəlləsi kimi tanınan ərazidə - Tolstoy küçəsi ev 156-nın hamam otağında tapılıb.

Orada kirayə qalan gəncin dəm qazından zəhərlənərək ölməsi bildirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
78
12
day.az

10Mənbələr