Bakı. Trend:
Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxiliqatarlarda test rejimində ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinəbaşlayıb.
Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, pilot layihə çərivəsində ilkin olaraqBakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində buxidmət istifadəyə veriləcək.
Mərhələli şəkildə “Wi-Fi” bağlantısı ölkədaxili istiqamətlərdəxidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalarvə onlayn axtarış üçün rahat internet bağlantısı təqdimediləcək.
"Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərləyüksəldən ADY, həmçinin stansiya və vağzallarda mövcud olan “Wi-Fi”zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb.
Kəsintisiz internetdən istifadə üçün cihazlarınızı "ADY Free"şəbəkəsindən ayırıb yenidən qoşmağınız kifayətdir", - deyəməlumatda qeyd olunub.