Azərbaycan Ermənistanı sülh sazişi ilə bağlı birbaşa ikitərəfli danışıqlara başlamağa çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, Ermənistanın sülh sazişinin bağlanması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməsinin təxminən 2,5 ay çəkməsi prosesi ciddi şəkildə ləngidir.
Bəyanatda qeyd olunub ki, sülh danışıqlarındakı durğunluq regionda sabitlik və rifaha töhfə vermir.
''Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik",-deyə bəyanatda vurğulanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta