AZ

ABŞ İraqda İranın dəstəklədiyi silahlılara iki silsilə zərbə endirib

ABŞ rəsmiləri bildiriblər ki, Birləşmiş Ştatlar İraqda İranın dəstəklədiyi yaraqlılara qarşı iki silsilə zərbə endiriblər...Poliqon xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilib. Qeyd edək ki, bu həftəyə qədər Birləşmiş Ştatlar İraqdakı həssas siyasi vəziyyətə görə bu ölkədə qisas almaqdan çəkinirdi.ABŞ ordusunun bəyanatında deyilir ki, dünən axşam edilən zərbə İraqda iki hədəfə endirilib.“Bu zərbələr İranın və İranın dəstəklədiyi qrupların ABŞ və koalisiya qüvvələrinə qarşı hücumlarına birbaşa cavab idi”, deyə bəyanatda deyilir.ABŞ Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi deyib ki, zərbə nəticəsində Bağdadın cənubundakı Əl Anbar və Jurf əs-Səqr yaxınlığındakı “Kataib Hizbullah” əməliyyat mərkəzi və “Kataib Hizbullah” komanda-nəzarət mərkəzi məhv edilib.Poliqon.info

Seçilən
362
20
poliqon.az

10Mənbələr