AZ

Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan olacaq, şimşək çaxacaq 

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.


Gündüz hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.


Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 12-15 dərəcə isti olacaq.

Seçilən
555
49
oxu.az

10Mənbələr